Əlaqə Arxiv
news Image
2019.03.24
10:30
| A A A
1,3 min sərnişinin təxliyə edilməsinin səbəbi...
Norveçin qərb sahilləri yaxınlığında xilasetmə xidmətləri tərəfindən "Viking Sky" kruiz laynerinin 1,3 min sərnişini təxliyə edilir. Movqe.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, sərnişinlərin təxliyə edilməsinə səbəb laynerin mühərrikində nasazlığın yaranması olub. Qeyd edilir ki, hazırda layner Norveç sahilindən 5 kilometr aralıdadır. Hadisə yerinə bir neçə gəmi və helikopter göndərilib. Bildilir ki, kruiz layneri Tromse şəhərindən Stavanger şəhərinə gedirmiş.
Sizin Reklam Yeriniz