Əlaqə Arxiv
news Image
2019.03.24
21:00
| A A A
“Azərişıq” ASC bəzi qəsəbələrdə elektrik xətlərində yenidənqurma işlərini yekunlaşdırır
"Azərişıq" ASC Nardaran, Bilgəh və Buzovna (Albalıq yaşayış sahəsi) qəsəbələrində elektrik verilişi xətlərində aparılan yenidənqurma işlərini yekunlaşdırıb. Bu barədə Movqe.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. O bildirib ki, bununla əlaqədar martın 24-də saat 11:00-dan 14:00-dək adı çəkilən qəsəbələrin bəzi ərazilərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb. Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyib.
Sizin Reklam Yeriniz