Əlaqə Arxiv
news Image
2019.03.26
13:05
| A A A
Nazirlik: Ticarət mərkəzində gizli yanğın və tüstülənmə mənbələrini aşkar etmək üçün söküntü işləri aparılır

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb.

Bu barədə Movqe.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb edilib.

Sizin Reklam Yeriniz