Əlaqə Arxiv
news Image
2019.03.27
14:40
| A A A
Nərimanov rayonunda Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasının 100 illik yubileyi qeyd olunub

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə tədbir təşkil olunub.

Rayon İcra Hakimiyyətindən Movqe.az-a verilən məlumata görə, tədbirin əvvəlində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) inkişaf tarixindən, onların effektiv fəaliyyətindən, ölkəmizə qarşı daxili və xarici təhdidlərin qarşısının alınması istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərin əks olunduğu sənədli film nümayiş olunub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Nərimanov Rayon İdarəsinin rəhbərliyi və əməkdaşları, milli təhlükəsizlik orqanlarında xidmət etmiş veteranlar, rayon ərazisində yerləşən idarə və təşkilatların nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev DTX əməkdaşlarını təbrik edərək qeyd edib ki, respublikamızın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rolu əvəzedilməzdir:

"Ötən əsrin ortalarından başlayaraq təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarını formalaşdıran Heydər Əliyev ənənələri bu gün də yaşadılır, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Bu gün Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində son illər daha dinamik şəkildə inkişaf edir. Bütün bu uğurlar ölkədə bərqərar olmuş ictimai-siyasi və sosial-iqtisadi sabitlikdən irəli gəlir".

Natiq vurğulayıb ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanması və qarşısının alınmasında, beynəlxalq terrorçuluqla və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirən təhlükəsizlik orqanları əməkdaşlarının müstəsna xidmətləri var.

Tədbirdə çıxış edən veteranlar - polkovnik Arif Zeynalov, polkovnik İbrahim Şirinov Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan ətraflı söhbət açıblar. Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində bu orqanın fəaliyyətinin təkmilləşdirildiyi qeyd olunub.

Veteranlar son dövrlər bəzi xarici dairələr tərəfindən ölkəmizə qarşı təhdidlərin artdığını, gənclərimizin müxtəlif radikal qruplaşmalar tərəfindən xarici ölkələrdə baş verən silahlı qarşıdurmalara cəlb edildiyini qeyd edərək, respublikamızın müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanlarının daim yüksək sayıqlıq və peşəkarlıq göstərdiyini bildirib və onlara çətin və şərəfli işlərində yeni-yeni nailiyyətlər arzulayıblar.

Yekunda xidmətdə fərqlənmiş Dövlət Təhlükəsizliyi Xidmətinin Nərimanov Rayon İdarəsinin bir sıra əməkdaşları Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Sizin Reklam Yeriniz