Əlaqə Arxiv
news Image
2019.03.27
17:44
| A A A
Vakant dövlət qulluğu vəzifələrini tutmaq üçün 74 namizəd ərizə verib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 10 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 28-də elan olunmuş ümumi müsahibəyə ərizə qəbulu davam edir.

DİM-dən Movqe.az-a bildirilib ki, martın 27-nə olan məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün 74 nəfər ərizə verib. Ən çox müraciət Əqli Mülkiyyət Agentliyində (4 vakant yerə 21 nəfər) qeydə alınıb.

Qeyd edək ki, müsahibəyə çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə və məhkəmələrdə olmaqla 11-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 18-i isə B növünə (inzibati icraçı) aiddir.

Müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə martın 30-dək DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Sizin Reklam Yeriniz