Əlaqə Arxiv
news Image
2019.03.28
12:38
| A A A
Ali məktəblərə qəbul olunmaq üçün 30 minədək abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən Movqe.az-a bildirilib ki, martın 28-i saat 12:00-a olan məlumata görə, I-IV ixtisas qrupları üzrə ümumilikdə 29881nəfər (Azərbaycan bölməsi-26921, rus bölməsi-2960) ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 18582 nəfər ərizəsini təsdiq edib. Tam orta ixtisas təhsili bazasından kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı isə 20171 nəfərdir.

Martın 15-dən başlanan sənəd qəbulu aprelin 15-dək davam edəcək.

Sizin Reklam Yeriniz