Əlaqə Arxiv
news Image
2019.03.28
14:00
| A A A
Direktor vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin nəticələri açıqlandı

Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələrini açıqlayıb.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, nəticələrə əsasən, 53 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar aprelin 1-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqədə 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər namizəd fevralın 25-dən, 28 namizəd isə martın 4-dən müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.

Sözügedən müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 185 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.

Sizin Reklam Yeriniz