Əlaqə Arxiv
news Image
2019.03.28
16:42
| A A A
Baş prokuror: Ticarət mərkəzindəki yanğınla əlaqədar istintaq-əməliyyat qrupu tərəfindən ekspertizalar həyata keçiriləcək

Bakıda "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar istintaq-əməliyyat qrupu tərəfindən ekspertizalar həyata keçiriləcək.

Movqe.az-ın məlumatına görə, bunu Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Baş prokuror Zakir Qaralov deyib.

Z.Qaralov hadisə baş verən andan müvafiq qurumların birgə səyləri nəticəsində vəziyyətin nəzarətə alındığını, insanların həmin ərazidən təxliyə edildiyini bildirib. Baş prokuror hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsi üzrə cinayət işinin qaldırıldığını, yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizalarının təyin olunduğunu deyib, qısa vaxtda yaranmış istintaq-əməliyyat qrupu tərəfindən bu ekspertizaların həyata keçiriləcəyini vurğulayıb.

Zakir Qaralov hadisə ilə bağlı sahibkarların dindirilməsi və ilkin ifadələrinin alınması istiqamətində işlərin görüləcəyini qeyd edib, istintaqın gedişi ilə bağlı vaxtaşırı dövlətimizin başçısına məlumat veriləcəyini bildirib.

Sizin Reklam Yeriniz