Əlaqə Arxiv
news Image
2019.03.28
17:57
| A A A
Ramin Quluzadə İraqda bərə qəzasında çox sayda insan tələfatı ilə bağlı nekroloq imzalayıb

Martın 21-də İraqın Mosul şəhəri yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Azərbaycan-İraq Birgə Hökumətlərarası Komissiyanın həmsədri Ramin Quluzadə bu ölkənin Bakıdakı səfirliyini ziyarət edərək nekroloq imzalayıb.

Bu barədə nazirlikdən Movqe.az-a məlumat verilib.

Nekroloqda deyilir: "Hörmətli cənab Fədhi Avad Cebur əl-Şuvayli, İraqın Mosul şəhəri yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət etsin!".

Sizin Reklam Yeriniz