Əlaqə Arxiv
news Image
2019.04.17
12:35
| A A A
Bakıya 1540 tullantı konteyneri gətirilib

Bakıda bərk və qarışıq tullantıların təkrar emalı üçün Almaniya və Rusiya şirkətinin birgə istehsalı olan 1540 tullantı konteyneri gətirilib.

Movqe.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, ilkin olaraq konteynerlərdən 1200-ü rayonlar üzrə paylanılıb: "Birinci mərhələdə həmin konteynerlər Nərimanov, Nəsimi, Səbail və Yasamal rayon icra hakimiyyətlərinə təhvil verilib. İkinci mərhələdə isə konteynerlər daha 3 rayona paylanılıb. Yaxın günlərdə əlavə olaraq 110 konteyner Bakıya gətiriləcək. Ayın sonuna qədər isə daha 125 konteyner Almaniyadan alınacaq".

İ.Kərimov konteynerlərin sayının tələbatdan asılı olaraq artacağını da əlavə edib.

Sizin Reklam Yeriniz