Əlaqə Arxiv
news Image
2019.05.01
16:01
| A A A
"Səhiyyəmizin bu günü və sabahı" adlı tədbir keçirilib (FOTO)

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyevin təşəbbüsü, Pirallahı Rayon icra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə "Səhiyyəmizin bu günü və sabahı" başlığı altında tədbir keçirilib.

Movqe.az-ın məlumatına görə, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən tədbirdə rayonun səhiyyə ocaqlarında çalışan həkim və tibbi personalın nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda səhiyyə sahəsinə həmişə diqqət yetirib və qayğı göstərib:

"Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bütün sahələrdə davamlı inkişafın əldə edilməsini şərtləndirib. Bu baxımdan, səhiyyə sistemində görülən işlər və əldə olunan nəticələri də xüsusi vurğulamaq lazımdır. Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 30 ildən çox bilavasitə Heydər Əliyevin himayəsində olub, onun rəhbərliyi altında inkişaf edib, onun sayəsində indiki yüksək səviyyəyə çatıb".

10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov çıxış edərək xəstəxananın müasir standartlara uyğun avadanlıq və peşəkar həkim personalı ilə təmin olunduğunu vurğulayıb.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyev səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil etdiyini vurğulayaraq tədbir iştirakçılarına onları maraqlandıran suallar və problemlərlə bağlı müraciət etməyi tövsiyə edib.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli rayonumuzun səhiyyə sistemi bağlı layihələrin hazırlandıqları barədə məlumat verib.

Tədbirdə çıxış edən 3 saylı Uşaq Somatik Sanatoriyasının baş həkimi Tamara Məmmədova, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva və digər tədbir iştirakçıları rayonumuzun səhiyyə ocaqlarında yaradılmış yüksək şəraitlə bağlı dövlət rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Sizin Reklam Yeriniz