Əlaqə Arxiv
news Image
2019.05.03
08:00
| A A A
Kəndlə şəhər arasında fərqlər silinir
İnteqrasiya urbanizasiya hesabına yox, inkişaf əsasında baş verir

Azərbaycan beynəlxalq miqyasda göstərdiyi təşəbbüslərə yerli əhəmiyyətli təşəbbüslərlə stimul verir. İndi ölkənin həyatında son dərəcə maraqlı, eyni zamanda zamanın tələbinə uyğun proseslərin yeni dalğası başlayır. Bugünədək dövlət geriliyin aradan qaldırılması uğrunda mübarizə aparırdısa, artıq oturuşmuşç iqtisadi təşəkkülün daha inkişaf etmiş formasına doğru sürət götürür.

Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının materialları ölkənin iqtisadi inkişafında əldə olunan nailiyyətlərdən xəbər verir. Bu il üçün mütəxəssislərin verdiyi iqtisadi inkişaf proqnozlarının faizi 3-4 rəqəmi ilə ifadə olunmuşdu. Bu, keçən ilin uğurlarına görə irəli sürülən iqtisadi mülahizə idi. Mütəxəssislər yanılmayıb. İlin birinci rübündə ümumi daxili məhsul 3 faiz artıb. Bu, böyük rəqəmdir və reallığı əks etdirir. Əgər başlanğıcda artım 3 faizdirsə, ilin sonun yaxın bu rəqəmin 4 faiz olacağı fikri tamamilə real səslənir. Çünki, sənaye istehsalı 4,4 faiz artıb. Qeyri-neft sektorunda sənaye istehsalının 15,6 faiz artması isə artıq yeni inkişaf mərhələsinin ilk simptomu sayılmalıdır. Bu yüksəliş ölkə həyatının qırmızı xəttini ifadə edir və hazırkı dövrdə qarşıya qoyulmuş vəzifələrin yerinə yetiriləcəyinin anonsu sayılmalıdır.  Hesablamalar göstərir ki, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya 2,1 faizə enib. Bu da mühüm göstəcidir, çünki iqtisadi sabitliyi ifadə edir.

Hökumət qeyri-neft sektorunun üstün inkişafı üzrə müəyyənləşdirdiyi istiqamətdə inamla irəliləyir. Təsadüfi deyil ki, ölkə iqtisadiyyatına qoyulan 2,8 milyard dollar sərmayənin 2 milyardı qeyri-neft sektorunun payına düşür. Bu, böyük rəqəmdir və sübut edir ki, hökumətin apardığı siyasət özünü doğruldur. Əsas məzmun islahatların xarakterində və müasirliyindədir. İslahatlar ölkənin biznes mühitinin sadələşdirir və dolğunlaşdırır. Buna görə də sərmayəçilər Azərbaycana həvəslə gəlirlər. Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Bu il 32 pilləlik sıçrayış ən islahatçı 10 ölkə sırasında yer almq deməkdir. Reallığı hər kəs tərcih edir və Azərbaycanla iş birliyinə can atır. Proses göstərir ki, ölkəmizə sərmayə qoyuluşu prosesi davamlı xarakter alıb.

Ölkənin iqtisadi yüksəlişi ancaq rəqəmlərlə ifadə olunmur. Bu istiqamətdə sosial irəliləyiş daha mühüm əhəmiyyət kəsb edir, ona görə ki, bütün dünya əhalisi buna can atır. Amma uzaqgörən, ağıllı siyasət, mükəmməl və müstəqil dövlət strukturu olmadan buna nail olmaq mümkün deyil. Makroiqtisadi və mikroiqtisadi göstəricilərin yaxşılaşması əhalinin güzəranının yaxşılaşmasında özünü vüruzə verməlidir ki, bu da Azərbaycan gerçəkliyinin əsasını təşkil edir. Əhalinin gəlirləri artır, yaşayış səviyyəsi yüksəlir, ölkə rəhbərliyi xalqın qayğısını fədakarlıqla çiynində daşıyır. Dövlət başçısı bu gün verdiyi sözü sabah gerçəkləşdirir, çünki, yox yerdən danışır, gördüyü işlərin uğur mənbəyi olan real nəticələrinə əsaslanır.

Təkcə bu ilin başlanğıcında minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artırılıb, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərin məbləği çoxalıb. Bütün bunlar iqtisadi dayanıqlılığın və həyata keçirilən islahatların sayəsində mümkün olub. İndi daha da irəli getmək üçün yaxşı özül yaranıb. Nazirlər Kabinetinin iclasındakı çıxışında bir çox yeniliklərin anonsunu verən Prezident İlham Əliyev ciddi bir təşəbbüs də irəli sürüb: Kəndlərimizin yeni inkişaf konsepsiyası hazırlanmalıdır. Bu təşəbbüsün həyata keçirilməsi Azərbaycan kəndinin simasını kökündən dəyişməyə səbəb olacaq. Başqa sözlə, kəndimizlə şəhərimiz eyni sosial səviyyədə nəfəs alacaqlar. Qeyd etmək vacibdir ki, bu təşəbbüs fundamental bir layihənin gerçəkləşdiriləcəyini ehtiva edir və bir çox digər sosial-iqtisadi sahələrə təsir edəcək. Söhbət ondan gedir ki, kənddən şəhərə axın dayanacaq, məişətdə ümumi mədəni inqilab baş verəcək, əhalinin əsas intellektinin iri şəhərlərdə toplaşması kimi urbanizasiya prosesi əvəzinə kənd əhalisinin öz məkanında şəhər həyatına inteqrasiyası güclənəcək,  ümumi intellektual dirçəliş olacaq. Bu böyük dəyişiklik ölkəmizin inkişaf etmiş ölkələr sırasında yer almasına və nəinki öz vətənimizin, həm də beynəlxalq miqyasda bəşəriyyətin tərəqqisinə sanballı töhfələr verəcək. Azərbaycanın bugünkü iqtisadi və mədəni səviyyəsi bu işin uğurunu stimullaşdırmağa qadirdir.

N.NOVRUZ  

 

 

 

Sizin Reklam Yeriniz