Əlaqə Arxiv
news Image
2019.05.03
13:56
| A A A
“Qırmızı Körpü”də yaranmış problem aradan qaldırılıb - RƏSMİ

Hazırda “Qırmızı Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Movqe.az-a bildirilib ki, mayın 2-də saat 19:35-dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranmışdı. Məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olmuşdu. Mayın 2-si saat 23:30-da baş verən nasazlıq aradan qaldırılıb, şəxslərin və nəqliyyat vasitələrinin keçidi tam bərpa olunub.

Hazırda həmin gömrük postu normal iş rejimində fəaliyyət göstərir.

Sizin Reklam Yeriniz