Əlaqə Arxiv
news Image
2019.05.06
17:30
| A A A
Təhsil Nazirliyinin nümayəndəsi Salyan xəstəxanasında müalicə alan şagirdlərin vəziyyəti ilə maraqlanıb

Salyan rayonu ərazisində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan şəhər Uşaq-Gənclər İdman məktəbinin idmançılarını daşıyan mikroavtobus qəzaya uğrayıb. Qəza zamanı Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İlkin Əhmədov həlak olub, xəsarət alan 8 nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dörd nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 2 nəfərin vəziyyəti normaldır və həmin xəstəxanada müalicələri davam etdirilir, 1 nəfər isə kəllə-beyin travması ilə Bakı şəhərinə gətirilib.

Təhsil Nazirliyindən Movqe.az-a bildiriblər ki, bu qurumun nümayəndəsi Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

Nazirlik avtoqəzada həlak olan İlkin Əhmədovun ailəsinə dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Xəsarət almış şagirdlərə isə Allahdan şəfa diləyir.

Sizin Reklam Yeriniz