Əlaqə Arxiv
news Image
2019.05.07
12:16
| A A A
İyuldan Azərbaycana yeni vaqonlar gətiriləcək

İyul ayından etibarən Azərbaycana yeni vaqonların gətirilməsinə başlanacaq.

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ümumilikdə il ərzində 30 vaqon gətiriləcək: "30 vaqondan ibarət 6 qatar tərkibi olacaq. Bu qatarlar kondisionerlərlə və digər müasir tələblərə cavab verən texnika ilə təchiz edilib. Həmçinin yeni vaqonların qapıları daha genişdir. Bununla yanaşı vaqonlar əlil arabaları üçün xüsusi yerlərlə təchiz olunacaq. Bu qatarlar "Bakı Metropoliteni"nin tələbləri nəzərə alınmaqla istehsal olunur".

B.Məmmədov bildirib ki, köhnə vaqonların xətdən çıxarılması isə yalnız onlar istismar müddətini başa vurduqdan sonra mümkün olacaq

Xatırladaq ki, bu il yanvarın 31-də "Bakı Metropoliteni" QSC ilə Rusiyanın "Metrovaqonmaş" şirkəti arasında yeni vaqonların açılışına dair müqavilə imzalanıb.

Sizin Reklam Yeriniz