Əlaqə Arxiv
news Image
2013.05.10
16:34
| A A A
Lənkəran və Zərdab rayonlarının daha 2 kəndinə təbii qaz verilib

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika əhalisinin təbii qaza olan təlabatını tam ödənilməsi məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər uğurla davam etdirilir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi günündə Lənkəran və Zərdab rayonlarının daha 2 kəndi qazlaşdırılıb. Mövqe.az-ın məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətləri və "Azəriqaz" İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 


Lənkəran rayonunun Havzava kəndinə ilk dəfə olaraq qazın verilməsi ilə əlaqadar keçirilmiş tədbirdə qeyd olunub ki, 425 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 542 metr uzunluğunda müxtəlif diametrli metal boru, 17899,3 metr uzunluğunda isə polietilen boru çəkilib, 425 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıılıb. 


Zərdab rayonunun Dəliquşçu kəndinə də təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Bildirilmişdir ki, 313 abonentli olan Dəliquşçu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 26678 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 313 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 


Tədbirlərdə çıxış edənlər kəndlərin təbii qazla təchiz olunmasını Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının uğuru kimi qiymətləndirib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 


                               

Sizin Reklam Yeriniz