Əlaqə Arxiv
news Image
2019.05.07
16:27
| A A A
Nazir: "Məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi qarşıda duran hədəflərdəndir"

"Müasir dövrdə şagirdlərin zərərli informasiyalara çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır".

Movqe.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, təhsil sistemində çalışan rəhbər şəxslərin və təhsilverənlərin ailələrlə sıx əməkdaşlığı olduqca vacibdir: "Məktəblərdə tərbiyə işinin səmərəli təşkili, məktəb-ailə münasibətlərinin düzgün qurulması ən vacib işlərdəndir".

C.Bayramov bildirib ki, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi, məktəblərdə psixoloji öyrənmə mühitinin ölçülməsi və yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi qarşıda duran hədəflərdəndir.

Sizin Reklam Yeriniz