Əlaqə Arxiv
news Image
2019.05.07
17:22
| A A A
Binəqədi qəsəbəsində iməclik keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının Bakı şəhərində təmizlik aylığının keçirilməsi haqqında verdiyi tapşırığa əsasən 2019-cu ilin yaz-yay mövsümü ilə əlaqədar Binəqədi rayonu ərazisində “Rayonumuzu Təmiz Saxlayaq” layihəsinin keçirilməsi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına uyğun olaraq  bu günlərdə Binəqədi qəsəbəsində böyük bir iməclik təşkil olunub. Qəsəbə sakini İltifat Hacıxanoğlunun Movqe.az-a verdiyi məlumata görə, Binəqədi Rayon İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, şöbənin baş məsləhətçisi Hacıbaba Babayev,  o cümlədən başda Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva olmaqla bələdiyyənin əməkdaşları, həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin Binəqədi Qəsəbə Nümayəndəsi Zakir Əliyev və işçilərinin də qatıldığı iməclikdə Binəqədi Rayon Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı, həmçinin Asan Könüllüləri Təşkilatının üzvləri ilə birlikdə qəsəbənin küçələrindəki zibil tullantıları təmizlənib.

Onu da bildirək ki,  ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən, ətraf ərazidə təmizliyə riayət olunması ilə bağlı qəsəbə sakinlərinin maarifləndirilməsi məqsədilə keçirilən aksiyada Binəqədi qəsəbəsi II mədən 20-ci korpus ünvanındakı zibillik təmamilə təmizlənərək ləgv edilib. 
Aksiyada iştirak edən Binəqədi Rayon İcra hakimiyyətinin məsul şəxsləri həmçinin qəsəbə sakinləri ilə səmimi çay süfrəsi arxasında söhbət edərək qəsəbənin problemləri haqqında söhbət edib, sakinlərin tələb və təklibləri dinlənilib və vurğulanıb ki,  Binəqədi rayonun  daha dinamik inkişafında belə aksiyaların böyük rolu olacaq. 
Sonda qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Təmizlik ayı” çərçivəsində iməciliklərin hər həftə rayonun müxtəlif ərazilərində keçirilməsi nəzərdə tutulub.

Sizin Reklam Yeriniz