Əlaqə Arxiv
news Image
2019.05.08
09:15
| A A A
Nazirlik: Bu il talassemiya xəstəsi olan 70 nəfərə əlillik və ya sağlamlıq imkanları məhdudluğu təyin edilib

Ötən il Azərbaycanda 137 talassemiya xəstəsinə əlillik dərəcəsi verilib və bu xəstəliyi olan 145 uşağa sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb.

Bu barədə Movqe.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Bu ilin yanvar-aprel aylarında isə 70 şəxsə, o cümlədən talassemiya xəstəsi olan 29 nəfərə əllilik dərəcəsi, 41 uşağa sağlamlıq imkanları məhdudluğu təyin edilib. Xəstəliyin dərəcəsindən asılı olaraq həmin şəxslərə I, II və III dərəcə əlillik təyin olunur.

Xatırladaq ki, 8 may dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. Talassemiya əlillik və ya sağlamlıq imkanları məhdudluq təyinatı üçün göstərici hesab edilən anadangəlmə, irsi qan xəstəliyidir.

Sizin Reklam Yeriniz