Əlaqə Arxiv
news Image
2019.05.08
11:52
| A A A
“Azərenerji ASC və KİVDF -nin birgə təşkilatçılığı ilə “Azərenerji” ASC ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin genişləndirilməsi mövzusunda tədbir keçirilib

Bu gün “Azərenerji” ASC-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Azərenerji” ASC ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin genişləndirilməsi mövzusunda  tədbir keçirilib. Movqe.az-ın məlumatına görə, görüşdə “Azərenerji” ASC-nin vitse prezident Ziyəddin Quliyev KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, “Azərenerji” ASC-nin prezidentinin müşaviri Vüqar Əliyev, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, eləcə də ölkənin aparıcı mətbu orqanlarının baş redaktorları iştirak edib. Tədbir iştirakçılarını “Azərenerji”ASC-nin prezidenti Baba Rzayevin adından salamlayan Z. Quliyev KİV-lə əlaqələrin genişləndirilməsi baxımından görüşün əhəmiyyətli olduğunu qeyd edib. Z. Quliyev tədbir iştirakçılarına bildirib ki, ölkə başçısı İlham Əliyevin elektroenergetika sahəsində yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan dövləti elektrik enerjisi idxal edən ölkəyə çevrilib. Onun sözlərinə görə, uzun illərdir ki, Azərbaycan qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edilir:” Bu ilin may ayının 1-dən “Azərenerji” ASC Yunanıstan, Rumuniya və Macarıstana elektrik enerjisi ixrac  etməyəyə başlayıb. Qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisinin ixracını planlaşdırır. İxrac imkanlarının artırılması ilə yanaşı, enerji aisteminin etibarlılığının təmin edilməsi və artan tələbatın qarşılanması üçün Reablitasiya Proqramına uyğun olaraq itirilmiş güclərin bərpası və generasiya güclərinin axtarılması istiqamətində işlər davam etdirilir”. Onun sözlərinə görə,  2018-ci il iyulun 3-də “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş verən qəzanın aradan qaldırılması ilə bağlı tapşırıqların icrası davam edir. Z.Quliyev bildirib ki, qəzanın baş vermə səbəbləri araşdırılır:” Hadisə hansı açıq qurğuda  baş vermişdisə həmin qurğunun tam şəkildə yenilənməsi işi oktyabrın sonuna qədər başa çatdırılacaq”. Daha sonra çıxış edən V. Səfərli bildirib ki, KİVDF 10 ildir ki, fəaliyyət göstərir. Bu dövrdə Fondun fəaliyyəti barədə məlumat verən V. Səfərli tədbirin əhəmiyyətindən də bəhs edib. O, bildirib ki, “Azərenerji” ASC-nin media ilə əlaqələri baxımından bu görüş çox əhəmiyyətlidir. Görüşün sonunda “Azərenerji” ASC-nin Reablitasiya Proqramı və yeni hədəflər” mövzusunda birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edilib. Müsabiqə bu ilin may ayının 10-dan iyulun 3-dək davam edəcək.                                                      Zülfiyyə Quluyeva 

Sizin Reklam Yeriniz