Əlaqə Arxiv
news Image
2019.05.08
12:46
| A A A
Sumqayıtda FHN əməkdaşını qətlə yetirən şəxs saxlanıldı

Sumqayıt şəhərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı qətlə yetirilib.

Movqe.az-ın məlumatına görə, hadisə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Xüsusi Riskli Xilasetmə Xidmətinin həyətində baş verib.

Naməlum şəxs səhər saatlarında xidmətin ərazisinə daxil olaraq qurumun əməkdaşı, çavuş, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlunu ürəyindən bıçaqlayaraq qətlə yetirib.

Qətli törədən şəxs polisə könüllü təslim olub və hadisəni namus üstə törətdiyini bildirib.

Sumqayıt Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Sizin Reklam Yeriniz