Əlaqə Arxiv
news Image
2019.05.08
16:50
| A A A
BŞTİ şagirdin ikinci mərtəbədən tullanması ilə bağlı videoya münasibət bildirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı məktəblərdən birində şagirdin dərsdən qaçarkən özünü ikinci mərtəbədən yerə tullanması ilə bağlı videogörüntünün hansı məktəbə aid olduğu müəyyən edildikdən sonra müvafiq tədbirlər görüləcək.

Bu barədə Movqe.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən həmin hadisə ilə bağlı yayılan videoya münasibət bildirərkən deyilib.

İdarədən qeyd edilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır. Həmin videogörüntünün hansı məktəbə aid olduğu bəlli deyil: "Amma bu kimi hallar yolverilməzdir. Təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi qabaqlayıcı tədbirlər görülür".

Sizin Reklam Yeriniz