Əlaqə Arxiv
news Image
2019.05.10
11:25
| A A A
Masallıda faşizm üzərində Qələbənin 74 illiyi qeyd edildi

9 may 2019-cu il tarixdə Masallı şəhər “Qəhrəmanlar parkı”nda faşizm üzərində Qələbənin 74 illiyi münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, hüquq mühafizə orqanları rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri yüzlərlə rayon sakini ilə birgə İkinci Dünya Müharibəsində həlak olmuş masallıların xatirəsinə ucaldılan abidə-kompleksinin önünə tər gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi polkovnik-leytenant Vəli Rzayev və başqaları 74 il əvvəl alman faşizmi üzərində qazanılmış qələbənin tarixi əhəmiyyətindən danışmış, ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Veteranlar bu gün də Azərbaycanın igid oğullarının düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə daim hazır olduqlarını diqqətə çatdırıblar.
                                         

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz