Əlaqə Arxiv
news Image
2019.05.10
15:16
| A A A
Evlənməyə hazırlaşan 12 123 cütlükdən 24-də qorxulu xəstəlik aşkarlandı

Aprel ayı ərzində evlənmək istəyən 12 123 nəfər tibbi müayinədən keçib. Bu barədə Movqe.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. Onun sözlərinə görə, nlardan 290 nəfərdə talassemiya daşıyıcılığı, 31 nəfərdə sifilis, 24 nəfərdə QİÇS aşkarlanıb.  Z.Əlimirzəyeva qeyd edib ki, daha 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı qeydə alınıb. 

İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 542038 nəfərdə qan müayinəsi aparılıb: “19253 cütlükdən birində talassemiya daşıyıcılığı, 1204 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1777 nəfərdə sifilis, 496 nəfərdə HİV(QİÇS) qeydə alınıb”.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz