Əlaqə Arxiv
news Image
2019.05.12
18:13
| A A A
Xəzər dənizində gəmidə yanğın nəticəsində xəsarət alanlar xüsusi təyyarə ilə müalicəyə göndərilib

Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə 11 nəfər yaralanmış Saipem şirkətinin əməkdaşları (o cümlədən Azərbaycan vətəndaşları) Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə göndəriliməsi Saipem şirkəti tərəfindən mayın 11-də təşkil olunub.

Bu barədə Trend-ə məlumat "Saipem" şirkətindən verilib.

Deyilir ki, digər daha yüngül xəsarət almış üç əməkdaşı artıq vətənlərinə göndərilib.

Saipem şirkəti bildirir ki, ən ağır vəziyyətdə olan şirkətin bir əməkdaşı bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib.

Saipem şirkəti, həmçinin bildirir ki, digər əməkdaşın həyatına heç bir təhlükəsi yoxdur.

Sizin Reklam Yeriniz