Əlaqə Arxiv
news Image
2019.05.13
11:33
| A A A
Bakı məktəblərində işə qəbul üzrə elan olunan imtahanlar başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan etdiyi müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

İdarədən Movqe.az-a verilən məlumata görə, imtahanda təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə dəvət olunan 464 nəfərdən 313-ü, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə dəvət olunan 256 nəfərdən 172-si, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə dəvət olunan 81 nəfərdən 66-sı, psixoloq vəzifəsinə işə qəbul üzrə dəvət olunan 174 nəfərdən 109-u, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üzrə dəvət olunan 538 nəfərdən 312-si, laborant vəzifəsinə işə qəbul üzrə dəvət olunan 1062 nəfərdən 639-u, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə dəvət olunan 74 nəfərdən 44-ü iştirak edib. 6-11 may tarixlərini əhatə edən müsabiqənin II mərhələsində ümumilikdə dəvət olunan 2 649 nəfərdən 1 655 namizəd imtahanlara qatılıb.

Laborant, kitabxanaçı və uşaq birliyi təşkilatı rəhbəri vəzifələri üzrə müsabiqəyə qatılan şəxslərə 30 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 45 dəqiqə, təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və psixoloq vəzifələri üzrə namizədlərə isə 40 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 60 dəqiqə vaxt verilib.

Qeyd edək ki, yaxın günlərdə nəticələr təhlil olunaraq vəzifələr üzrə keçid balı müəyyənləşdiriləcək. Keçid balından yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Sizin Reklam Yeriniz