Əlaqə Arxiv
news Image
2019.05.13
15:00
| A A A
I və IV ixtisas qrupları üzrə test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün mayın 12-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi saytında yerləşdirilib.

DİM-dən Movqe.az-a bildirilib ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

I və IV ixtisas qrupları üzrə qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları (Azərbaycan və rus bölmələri) ilə

http://dim.gov.az/upload/iblock/237/237b1f910d63bd9fd0a3384307e27c7a.pdf  linkdə tanış olmaq mümkündür.

Sizin Reklam Yeriniz