Əlaqə Arxiv
news Image
2019.05.13
16:34
| A A A
Binəqədi rayonunda hesabat yığıncağı keçirilib-FOTOLAR

Binəqədi rayonunda 2019-cu ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunanan hesabat yığıncağı keçirilibdir.
Movqe.az-ın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilati məsələlər şöbəsi müdirinin müavini Niyaz Əliyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Hesabat məruzəsi ilə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan  iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açdı. O, bu ilin ilk üç ayı ərzində rayonununun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən də danışdı.  Natiq bildirdi  ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan  quruculuq və abadlıq işləri Binəqədi rayonunda da yüksək templə  davam edir.
Daha sonra hesabat yığıncağında İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyininin Tibbi İddialar Departamentinin rəhbəri Vüqar Qurbanov, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov, Binəqədi Rayonu 11 saylı vəkillər bürosunun müdiri  Azər Quliyev,Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilati məsələlər şöbəsi müdirinin müavini Niyaz ƏliyevPrezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq çıxışlara yekun vurdular.
Sonra Şura iclasının qərar layihəsi oxunmuşdur.
İclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qarşıda duran vəzifələrdən danışaraq, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi.Natiq bildirib ki, biz də öz növbəmizdə cənab Prezidentin tapşırıqlarına və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsini qarşımıza məqsəd qoyuruq.
İclasın sonunda fərqlənən bir qrup şəxs Fəxri Fərmanla təltif edilmişdir. 

 

Sizin Reklam Yeriniz