Əlaqə Arxiv
news Image
2019.05.14
12:17
| A A A
“Jurnalistlərin yeni binası gələn il istifadəyə veriləcək” - Vüqar Səfərli

"Jurnalistlərin binasında tikinti davam edir. 2020-ci ilin Mətbuat Günündə binanın açılışı olacaq" 

Bu barədə Azvision.az-a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərli deyib.
Onun sözlərinə görə, binanın hansı kriteriyalar əsasında jurnalistlərə veriləcəyi gələn ilin aprel-may aylarında elan olunacaq. V.Səfərlin qeyd edib ki, jurnalistlər üçün bina tikintisinin davamlı olub-olmayacağı barədə məlumatsızdır: "Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Əgər məsləhət bilinsə, tikinti olacaq. Lakin həmin ərazidə yer qalmayıb". 

Sizin Reklam Yeriniz