Əlaqə Arxiv
news Image
2019.05.14
14:03
| A A A
Nazir: "Vətəndaşın əlilik dərəcəsi xəstəliyinin həyata təsir faizinə uyğun təyin olunacaq"

"Azərbaycanda əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq".

Movqe.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziriSahil Babayev deyib.

Onun sözlərinə görə, bu günədək Sovet İttifaqı dönəmindən qalan I, II və III qruplar üzrə əlillik meyarları mövcud idi: "Bu meyarlar isə beynəlxalq təcrübəyə uyğun gəlmir. Hazırlanan meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Həmin xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilir. Bunun əsasında vətəndaşın xəstəliyinin həyata təsir faizi ölçülərək onun əlilik dərəcəsi müəyyən ediləcək".

S.Babayev bildirib ki, bu kriteriyalar həm Səhiyyə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkimləri tərəfindən birgə hazırlanıb: "Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ekspertiza edilib. Yaxın günlərdə qanunvericilik paketi Milli Məclisə təqdim ediləcək". 

Sizin Reklam Yeriniz