Əlaqə Arxiv
news Image
2019.05.14
18:30
| A A A
Masallı şəhər 1 nömrəli tam orta məktəbdə “Uşaq və gənclərin azərbaycancılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilmişdir

Masallı Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə şəhər 1 nömrəli tam orta məktəbində “Uşaq və gənclərin azərbaycancılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda rayonun ümumtəhsil məktəbləri arasında keçirilən müsabiqənin nəticələri barədə tədbir keçirilmişdir. 
Tədbirdə rayon məktəblərinin direktor, direktor müavinləri, riyaziyyat, Azərbaycan dili və Ədəbiyyatı, xarici dil müəllimləri iştirak etmişlər. 
Rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov tədbiri açaraq təhsil ocaqlarında bu sahədə görülən işlərdən danışmışdır. 
RTŞ-nin inspektoru Qoşqar Hətəmov, RTŞ metodkabinetinin müdiri Bəybala Xəlilov və başqaları bu sahədə əldə edilmiş nəticələrdən danışmış, nöqsanların aradan qaldırılmasında tövsiyələrini vermişlər.
Müsabiqənin qalibləri Böyük Xocavar kənd tam orta məktəbinin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Ülviyyə Məmmədova "Azərbaycançılıq Vətən sevgisindən, Vətən məhəbbətindən başlanır", Bədəlan kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Məhbubə Şahbazova “Tariximizin ən böyük vətənpərvəri – Heydər Əliyev” mövzularında çıxış etmişlər.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin Sərəncamından irəli gələn vəzifələrdən danışmışdır.
Tədbirdə Masallı RİH-nin humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Afəddin Kərimov iştirak etmişdir.
Əlihüseyn Şükürov,
Həsənağa Əliyev.

Sizin Reklam Yeriniz