Əlaqə Arxiv
news Image
2019.05.16
16:22
| A A A
Suraxanı rayonunda ilin 1-ci rübünün yekunları müzakirə olunmuşdur
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin giriş və yekun nitqindən irəli gələn vəzifələr və Suraxanı rayonunda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunmuş, qarşıda duran vəzifələr konkretləşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında səsləndirdiyi başlıca müddəalar barədə ətraflı məlumat verən İlqar Abbasov bildirmişdir ki, son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Bu ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri 5,5 faiz artmış,ölkəyə 2,8 milyard dollar sərmayə qoyulmuş, inflyasiya isə 2,1 faiz təşkil etmişdir. Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır. Atılan bütün addımlar, reallaşdırılan islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənmişdir.
İlqar Abbasov qeyd etmişdir ki, hesabat dövrü ərzində Suraxanı rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilmiş, ilkin hesablamalara görə sənaye məhsulunun istehsalı 75,2 milyon manat, tikinti-quraşdırma işləri 53,1 milyon manat, nəqliyyat xidmətləri 2,9 milyon manat, rabitə xidmətləri 230,0 min manat, iaşə dövriyyəsi 8,3 milyon manat, pərakəndə ticarət dövriyyəsi 190,0 milyon manat olmuş, orta aylıq əmək haqqı 550 manat təşkil etmiş, əhaliyə  88,3 milyon manat məbləğində ödənişli xidmətlər göstərilmiş, 950 yeni iş yeri açılmışdır.
“Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində “Neftçilər” parkında yenidənqurma işləri başa çatdırılmışdır. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılmışdır. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınmış və velosiped yolları çəkilmiş, işıqlandırma işləri görülmüşdür. Bu istirahət məkanında “IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınmış, trenajorlar quraşdırılmış, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva aprelin 18-də əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olmuşlar.
Xocalı soyqırımının iyirmi yeddinci ildönümü münasibəti ilə 26 fevral tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə “Neftçilər” parkında 613 ağac əkilmişdir.
27 fevral tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva rayonun 2 saylı uşaq evinin yeni idman meydançasında yaradılan şəraitlə tanış olmuş, uşaqlarla görüşmüşdür. 
Bu dövr ərzində rayonun avtomobil yollarına 961 p.m. səki daşları düzlənmiş, 11 340 m² sahədə yol örtüyü təmir edilmiş, sakinlərin müraciətlərinə əsasən  qəsəbələrdə 8 627 m² asfalt-beton yol örtüyü təmir edilmişdir. Hövsan qəsəbəsi, Məktəb küçəsində uzunluğu 6,6 km olan avtomobil yolunda yenidənqurma işlərinə başlanılmış, hal-hazırda yolun 5 km-lik hissəsi asfaltlanmışdır. Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsinin Babək prospekti ilə kəsişməsində yol kənarında piyada səkilərinin bərpası işləri davam etdirilir. 
Hesabat dövründəistilik qazanxanalarında, magistiral və məhəllədaxili istilik xətlərində baş vermiş qəzalar aradan qaldırılmış, təmir işləri aparılmışdır. Rayon ərazisində mövcud TM və KTM-lərdə zədəli kabel xətləri və nasaz avadanlıqlar  təmirolunmuş və ya yeniləri ilə əvəz edilmişdir. Qaz təchizatının  yaxşılaşdırılması məqsədiləümumi uzunluğu 3887 p.m.olan yerüstü qaz xətləri çəkilmiş, 8 ədəd siyirtmə,11 ədəd müxtəlif həcmli qaz tənzimləyiciləri quraşdırılmışdır.
Əmircan, Yeni Suraxanı, Qaraçuxur və Hövsan qəsəbələrində 877 p.m., Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində 2315 p.m. yeni su xətti çəkilmiş, Əmircan qəsəbəsi, Nurəli Abdullayev küçəsində qəzalı vəziyyətdə polad boru 755 p.m.uzunluğundapolietilen boru ilə əvəz edilmiş, Atamoğlan Rzayev küçəsində 408 p.m. su xətti çəkilərək yeni şəbəkə qurulmuş,  rayonun kanalizasiya şəbəkəsində 9 km-dən artıq xətt təmizlənmişdir.
2019-cu ilin 3 ayı ərzində ətraf mühitin yaxşılaşdırılması tədbirləri davam etdirilmiş, neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 1,3 hektar olan müxtəlif ölçülü 11 gölməçə qurudulmuş, neftlə çirklənmiş 4,695 hektar torpaq sahəsi təmizlənmiş, rayon ərazisində  1168 ədəd ağac əkilmişdir. Rayon ərazisində məişət tullantılarının vaxtında daşınmasının, eləcə də sanitar təmizliyin təmin olunmasının nəzarətdə saxlanılması məqsədi ilə komissiya yaradılmış,tədbirlər planı təsdiq edilmişvə məsələ ciddi nəzarətə götürülmüşdür.
“Etibarlı” MTK tərəfindən Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36 ünvanda yerləşən istismara yararsız iki mərtəbəli 16 mənzilli yaşayış binalarının yerində inşa edilən 12 və 14 mərtəbəli, iki girişli yaşayış binasında monolit dəmir-beton işləri başa çatdırılmış və hal-hazırda binanın daxilində hörgü və suvaq, eləcə də fasadın rənglənməsi işləri aparılır.
Bundan əlavə rayonun Yeni Günəşli “D”,“AB” və “V” yaşayış sahələrində13 ədəd, Zığ qəsəbəsində 15 ədəd, Qaraçuxur qəsəbəsində 4 ədəd çoxmərtəbəli yaşayış binalarının inşası davam etdirilmişdir.
Hesabat dövrü ərzində rayonda RİH-in təşkilatçılığı və digər qurumların iştirakı ilə bir çox ictimai-siyasi tədbir keçirilmiş, dövlət bayramları və əlamətdar günlər qeyd edilmişdir.
Rayonun ideoloji mərkəzi olan Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 105 minə yaxın yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar ilə birgə 2009-cu ildən bəri 263 rayon tədbiri, ümumilikdə isə 500-ə yaxın müxtəlif tədbirlər, yarışlar, müsabiqələr keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının icrası ilə əlaqədar rayon üzrə 159,0 min nəfər (18 yaşdan yuxarı olan sakinlərin 88%-i) və 129 müəssisənin kollektivi tibbi müayinədən keçmiş, müxtəlif xəstəliklər aşkarlanmış vətəndaşlar müalicəyə cəlb edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzinin müasir texniki avadanlıqlarla  təchiz  edilmiş  xüsusi avtobusları vasitəsilə 2019-cu ilin fevral-mart aylarında Hövsan və Zığ qəsəbələrində 1363 nəfər vətəndaşa  səyyar formada “ASAN xidmət” göstərilmişdir. 
Ötən dövr ərzində vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə diqqət artırılmış, cari ilin 1-ci rübü ərzindəRayon İcra Hakimiyyətinin başçısı tərəfindən 220 nəfər vətəndaş qəbul edilmiş, qəsəbələrdə keçirilən 9 səyyar görüş-qəbulda 290 sakin iştirak etmişdir.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə daim diqqət göstərilmiş, ötən il ərzində Dövlət Sosia Müdafiə Fondunun rayon şöbəsi tərəfindən aztəminatlı ailələrə 2,5 milyon manat məbləğində sosial müavinətödənilmiş, 128 nəfər tənha, əlil vətəndaşa evlərində sosial xidmət göstərilmiş, 43 nəfər istirahət və müəlicə mərkəzlərinə göndərilmişdir.
Rayon Məşğulluq  Mərkəzinə müraciət edən 1357 nəfər işaxtaran vətəndaşdan 876 nəfəri işlə təmin olunmuşdur. 
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən işsiz vətəndaşların haqqı ödənilən ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilmiş,cari ildə rayon üzrə 850 nəfər işsiz vətəndaşın yeni yaradılmış “DOST İŞ Mərkəzi” MMC tərəfindən haqqı ödənilən ictimai işlərə cəlb edilməsi nəzərdə tutulmuş və hazırda 728 nəfər bu sahədə işə qəbul edilmişdir.
Şuranın geniş iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, rayonun müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon sakinləri çıxış etmişdir.
Müzakirələri yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycanın bütün regionlarının, o cümlədən Suraxanı rayonunun hərtərəfli inkişafına böyük diqqət və qayğı göstərən dövlətimizin başçısını əmin etdi ki , Heydər Əliyev siyasi və iqtisadi kursuna sadiq olan rayonun sakinləri və əmək kollektivləri cənab İlham Əliyev tərəfindən müəyyən edilən vəzifələrin yerinə yetirilməsi, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə üzərimizə düşən vəzifələrin icra edilməsi üçün bütün səylərimizi və qüvvəmizi səfərbər edəcəyik.
Sizin Reklam Yeriniz