Əlaqə Arxiv
news Image
2019.05.17
10:00
| A A A
Mayın 18-də TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçiriləcək.

Mərkəzdən Movqe.az-a verilən məlumata görə, imtahanlar mayın 18-də DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

TOEFL IBT imtahanı saat 09:30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

“PTE Academic” ingilis dili imtahanı isə saat 10:00-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 09:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçünhttp://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.

“PTE Academic” ingilis dili imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçünhttp://dim.gov.az/activities/exams/pearson-vue/ linkinə daxil ola bilərsiniz.

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz