Əlaqə Arxiv
news Image
2019.05.22
13:21
| A A A
Biləsuvarda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir. Mayın 24-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanova saat 11:00-da Biləsuvar rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Komitədən Movqe.az-a bildiriblər ki, qəbulda Cəbrayıl, Biləsuvar rayonlarının sakinlərinin qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.

Sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

Görüş çərçivəsində Biləsuvar rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.

Sizin Reklam Yeriniz