Əlaqə Arxiv
news Image
2019.05.25
17:04
| A A A
İşəgötürənlərə əmək münasibətlərinin rəsmi şəkildə qurulması barədə məlumatlar verilib

Əmək münasibətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alındıqdan və bu barədə işəgötürənə e-qaydada məlumat göndərildikdən sonra rəsmiləşir. Bunun nəticəsi kimi, hər bir işçinin onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişi məlumatlarını elektron informasiya sistemindən real vaxt rejimində əldə edə bilmək imkanı vardır.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakının Nəsimi rayonunda “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb.

İşəgötürənlərin iştirak etdiyi tədbirdə əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə ətraflı məlumat verilib. Əmək münasibətlərinin rəsmiləşdirilməsinin həm işçilər, həm də işəgötürənlər üçün üstünlükləri, əmək bazarı iştirakçılarının qanuni mənafelərinin təmin edilməsi, istehsal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, əməyin məhsuldarlığının artırılması baxımından faydaları qeyd edilib.

Qeyri-rəsmi məşğulluq hallarının işçilərin əmək və sosial hüquqlardan məhrum olması, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurulması ilə nəticələndiyi də diqqətə çatdırılıb.

Sizin Reklam Yeriniz