Əlaqə Arxiv
news Image
2019.05.27
11:21
| A A A
İyunun 2-də növbəti buraxılış imtahanı keçiriləcək

İyunun 2-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Movqe.az-a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlərhttp://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

Sizin Reklam Yeriniz