Əlaqə Arxiv
news Image
2019.05.30
15:48
| A A A
"Sənədləri saxta olan tələbələr var" - Nazirlik

"Son illərdə xarici aparıcı ali təhsil müəssisələrində təhsil alan gənclərin sayı artmaqdadır".
ONA -nın xəbərinə görə, bunu təhsil nazirinin müşaviri, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli deyibO bildirib ki, xaricdə təhsil sahəsində sui-istifadə halları mövcuddur: "Biz bu sahədə bərabərliyi və ədalətli rəqabəti dəstəkləməliyik. Ölkədən çıxmadan həkimlik dərəcəsi almaq istəyənlər, 4 il təhsil aldığı ölkənin dilini bilməyənlər, sənədləri saxta olan tələbələr var".
H.Həsənli bu məsələdə valideynləri və tələbələri diqqətli olmağa çağırıb: "Tələbələr xaricdə təhsil aldıqları ali məktəblərin diplomlarının həmin ölkədə tanınıb-tanınmamasına diqqət yetirməlidirlər"..

Sizin Reklam Yeriniz