Əlaqə Arxiv
news Image
2019.05.30
14:49
| A A A
bb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək

Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək. 
Movqe.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavələr təklif edilib. 

Müzakirəyə çıxarılan əlavəyə əsasən, akkreditasiyadan keçən tibb müəssisələrinə şəhadətnamə veriləcək. 

Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi üçün aparılacaq. Eyni zamanda bu yolla əhalinin yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququ təmin ediləcək. 

Tibb müəssisələrinin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 

Tibb müəssisələrinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etidiyi orqan (qurum) həyata keçirir. Tibb müəssisələrinin akkreditasiyasına görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulur. 

Sizin Reklam Yeriniz