Əlaqə Arxiv
news Image
2019.06.03
18:30
| A A A
ADAU-da 2018-2019-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb

Iyun ayının 3-dən başlayaraq Azərbaycan Dövlət Aqrar Universitetində 2018-2019-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Boloniya tədris prosesinin tələblərinə uyğun olaraq universitetdə bu semestrin imtahanları test və şifahi üsullarla keçiriləcək.

Təhsil müəssisəsinin Mətbuat və ictimaiyyətlə əlaqə şöbəsindən Qalib Rəhimlinin məlumatına görə İmtahan prosesinə hazırlıq səviyyəsində heç bir problem olmayıb. Sessiyadan bir ay əvvəl tələbələrin daha yaxşı hazırlığı üçün suallar verilib, imtahanların test və ya şifahi keçirilməsi barədə tələbələrlə məsləhətləşmələr aparılıb, onların bütün arzuları nəzərə alınıb. Hər dəfə olduğu kimi yenə appelyasia və imtahanlara nəzarət komissiyaları yaradılıb. Təbii ki, bütün işlər şəffaflıq naminədir. Son 15 gündə Kənd Təsərrüfatı naziri, cnab İnam Kərimov 2 dəfə universitetdə olub, müxtəlif tələbə qrupları ilə görüşlər keçirib, tədbirlərdə iştirak edib. Nazir İnam Kərimovun da tələbi universitet həyatının tam şəffaflaşdırılmasıdır və bu istiqamətdə illərdir ki, iş aparılır.

Qeyd edək ki, imtahan prosesi hamı üçün açıqdır, valideynlər, KİV və ictimaiyyətin nümayəndləri imtahan prosesini auditoriyalarda açıq izləyə bilər.

İmtahanlardan bir gün əvvəl ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov social şəbkələrdə fikirlərini bölüşüb və bildirib ki, əziz tələbələrim, sizlər üçün hər şərait yaradılıb. İndi isə söz sizindir. Siz semestr ərzində topladığınız bilikləri nümayiş etdirin, nəyə qadir olduğunuzu göstərin, çünki aqrar sahədə mövcud olan minlərlə iş yeri sizi gözləyir. Bu imtahan prosesində də hər dəqiqə yanınızdayam. Uğur sizinlə olsun.

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz