Əlaqə Arxiv
news Image
2019.06.06
11:00
| A A A
Azərbaycan ATƏT PA-nın komitə iclasında iştirak edir
Tbilisi şəhərində ATƏT Parlament Assambleyasının (PA) "Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi" adlı beynəlxalq konfransı keçirilir. Movqe.az Trend-ə istinadən bildirir ki, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü Azay Quliyev, deputatlar Asim Mollazadə və Sevinc Fətəliyeva Azərbaycanı bu tədbirdə təmsil edirlər. Qeyd edək ki, tədbirin təşkilatçıları ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Gürcüstan Parlamenti və Milli Demokratiya İnstitutudur. Konfransda "Parlament nəzarətində plenar və komitə iclaslarının rolu" mövzusunda I sessiyaya ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev moderatorluq edəcək. Digər sessiyalarda "Təhlükəsizlik sektoruna nəzarət və maliyyə nəzarəti", "Parlament nəzarəti və müxalifətin rolu", "Parlamentin xarici fəaliyyəti və nəzarətin həyata keçirilməsində ictimaiyyətin rolu", "Parlament nəzarəti prosesində insan hüquqlarının təminatı" mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq. Deputatlarımız müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər
Sizin Reklam Yeriniz