Əlaqə Arxiv
news Image
2019.06.14
11:34
| A A A
Nazirlik bu vətəndaşlara 50 avtomobil təqdim etdi

Prezident cənab İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının nəticəsi kimi, 15 İyun-Milli Qurtuluş günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu kateqoriyadan olan vətəndaşlara 50 dəfə “Xəzər” markalı minik avtomobili təqdim edilib.

Avtomobillə təmin edilən müharibə əlilləri Milli Qurtuluş günü ərəfəsində onlara bayram hədiyyəsi kimi minik avtomobilləri təqdim olunmasına görə sevinc hissi keçirdiklərini vurğulayıblar. Qarabağ müharibəsi əlilləri göstərilən bu yüksək qayğıya, ümumillikdə əlilliyi olan insanların bütün sahələrdə qayğı ilə əhatə olunmaları üçün aparılan işlərə görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Avtomobillərin təqdim edilməsi tədbirində nazirliyin Aparatının rəhbəri Hidayət Abdullayev nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını 15 İyun-Milli Qurtuluş günü münasibətilə təbrik edib.

O bildirib ki, 1993-cü ilin 15 iyununda ümummilli liderimiz Heydər Əliyevin xalqın iradəsi ilə respublikamıza rəhbərliyə qayıdışı Milli Qurtuluş günü kimi müasir tariximizin şərəfli səhifəsinə çevrilib. Bu qayıdışdan sonra Azərbaycanın dövlət müstəqilliyi bütün təhlükələrdən xilas olaraq ildən-ilə güclənib, ölkəmiz uzunmüddətli inkişaf yoluna səfərbər olub. Eyni zamanda, həssas qrupların, o cümlədən müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə,eləcə də müharibə əlillərinin, şəhid ailələrinin mənzillə, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı proqramlarına başlanılıb.

H.Abdullayev vurğulayıb ki, Azərbaycan 2003-cü ildən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətli inkişaf yolu keçib. Həmçinin ulu öndərimizin əsasını qoyduğu bütün sosial müdafiə tədbirləri kimi, müharibə əlillərinin minik avtomobilləri ilə təminat proqramı da uğurla davam etdirilir.

"2018-ci ildə 265 müharibə əlili minik avtomobili ilə təmin edilib. Cari ildə isə həmin vətəndaşlara nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan bu ilin ötən dövründə artıq 150 avtomobil verilib. Bununla da indiyədək 6300-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilib".

Aparat rəhbəri 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, bu vaxtadək isə 6654 mənzil təqdim edildiyini, cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcəyini də deyib.

Tədbirdə çıxış edən ictimai təşkilatların rəhbərləri şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının artırılması istqiamətində tədbirlərin getdikcə gücləndirilməsindən razılıqla bəhs ediblər.

Sizin Reklam Yeriniz