Əlaqə Arxiv
news Image
2019.06.21
08:22
| A A A
Sosial təminatda möhtəşəm sıçrayış
Azərbaycan dövləti qarşısında duran vəziləri məqsədyönlü şəkildə uğurla yerinə yetirir

Ölkəmizdə sosial-iqtisadi inkişafın əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilməsi idarəetmə strategiyasının ayrılmaz atributudur. Azərbaycan iqtisadiyyatı son 16 il ərzində heyrətamiz uğur əldə edib. Qazanılan uğurlar, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, fəaliyyətin səmərəsini artırmaq üçün daim islahatlar həyata keçirilməsi, vəziyyəti real qiymətləndirib, problemlərin aradan qaldırılması ilə diqqəti cəlb edib. Ötən müddət ərzində Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasının şahidi olmaqla yanaşı iqtisadi sahədə müşahidə edilən sürətli dəyişiklikləri özlərinin rifahın hallarının yaxşılaşmasında hiss ediblər.

İnfiki dövr inkişafda yeni mərhələ kimi daha mürəkkəb və müasir məsələlərin həllini ehtiva edir.  İslahatlar genişlənir və texnoloji cəhətdən təkmilləşir. Həyata keçirilən sosial islahatlar iqtisadi siyasətin xarakterinə uyğun olaraq yaşayış səviyyəsinin yühsəlməsini təmin edir. Hər il dövlət rəhbərliyi tərəfindən 15-20 proqram xarakterli sənəd qəbul edilir. Bunların sırasında müxtəlif sahələri əhatə edən konsepsiyalar, milli strategiya, strateji yol xəritəsi, dövlət proqramları, milli fəaliyyət planları və sairə var.

İnkişafımızın yeni mərhələsinin ən vacib, bəlkə də ən aktual xüsusiyyəti dövlətin sosial xatakterinin gücləndirilməsi işinə əmək qabiliyyətli əhalinin kütləvi şəkildə cəlb edilməsidir. Belə ki, insanların məşğulluq faizi yüksəldikcə tərəqqi və sosial həyatın yaxşılaşdırılması paralel inkişaf yoluna çıxır. Birincisi, işsizlik sürətlə azalır, vətəndaşlar yaşamaq üçün gəlirlərini artırır, əhali əməyinin bəhrəsi ilə vəziyyətini yaxşılaşdırır. Digər tərəfdən dövlətin gəliri artır və məntiqi sürətdə büdcənin sosial bölümü genişlənir.

Bu inkişaf və tərəqqi bazar iqtisadiyyatı sisteminə əsaslansa da dövlət sosial ədalət prinsipinin qorunmasını yaddan çıxartmır. Xalqın yaşayış səviyyəsi bütün siyasi gedişlərin son məqsədi və nəticəsidir. Siyasət uğurludursa, yetkin və səmərəlidirsə, onda qarşıya qoyulan vəzifələrin icrası da uğurlu olacaq. Azərbaynın yolu budur və aydın görünür ki, bu yol aydınlığa və işgüzar gələcəyə istiqamətlənib.

Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlarla Azərbaycanda minimum əmək haqqının məbləği sentyabrın 1-dən 250 manata qaldırılıb. Eyni zamanda  büdcədən maliyyələşən 23 iri təşkilatda çalışanların vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır.

600 mini dövlət sektorunda, 350 mini özəl sektorda olmaqla 950 minədək vətəndaşın birbaşa bu sərəncamla aylıq məvacibi artacaq. Bundan əlavə, minimum əmək haqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əmək haqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verəcək.

Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq: “Artımdan sonra Azərbaycanda minimum əmək haqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) ikinci yerdə qərarlaşacaq. Prezident İ.Əliyevin təşəbbüsü ilə hazırlanmış “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik olunmasını nəzərdə tutan layihədə  təklif edilən dəyişikliyə görə, Azərbaycanda minimum pensiyanın məbləği bu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. 600 min nəfərin pensiyasında artım baş verəcək.

İlin əvvəlində baş verən sosial inqilabdan sonra dövlət başçısı öz çıxışlarında bildirmişdi ki, bu, son hədd deyil, ilin sonunadək əhalinin gəlirlərində artımlar baş verəcək. Budur, il yarı olmamış Prezident vədini yerinə yetirdi. Bu, heyrətamiz dərəcədə təqdirəlayiq addımdır. Sözlə işin vəhdətini ehtiva edən idarəetmənin Azərbaycan nümunəsinin ana xəttidir. Söz yox ki, ölkəyə rəhbərlik edən birinci şəxsin fərdi insani keyfiyyətlərinin və bacarıqlarının bu fəaliyyətdə əsas rolu var. Azərbaycanın ölkə olaraq müasirləşməsi və dövlət olaraq sosiallaşması Prezident İlham Əliyevin idarəetmə strategiyasının böyük uğurudur.

N.NOVRUZ

Sizin Reklam Yeriniz