Əlaqə Arxiv
news Image
2019.06.21
11:01
| A A A
Bakıda yol qəzasında yerüstü piyada keçidi və içərisindəki liftə ciddi ziyan dəydi

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində baş vermiş avtomobil qəzası nəticəsində yol təsərrüfatına ziyan dəyib.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Movqe.az-a verilən məlumata görə, “Shagman” markalı 99-DF-915 dövlət nömrə nişanlı yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yerüstü piyada keçidinə çırpılıb. Qəza zamanı yerüstü piyada keçidi və içərisində olan lift sıradan çıxıb.

Metal qırıntıları ilə dolu "Kamaz" yerüstü piyada keçidinə çırpıldı

Hazırda qəzanın fəsadları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən aradan qaldırılır.

Sizin Reklam Yeriniz