Əlaqə Arxiv
news Image
2019.06.21
14:16
| A A A
DOST mərkəzinə 10000-ci vətəndaş müraciəti qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 10000-ci vətəndaş müraciəti qeydə alınıb.

Müraciəti paytaxtın Səbail rayon sakini 57 yaşlı Mehman Nəsibov edib. Vətəndaş birdəfəlik maddi yardımla bağlı DOST mərkəzinin xidmətindən faydalanıb. 10000-ci müraciətin sahibi olan M.Nəsibova bununla əlaqədar DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən təşəkkürnamə və simvolik hədiyyələr təqdim edilib. M.Nəsibov dövlət sosial xidmətlərini “bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim edən belə bir mərkəzin açılmasından, burada ona göstərilən xidmətdən məmnun olduğunu vurğulayıb.

9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün 400-500 arası vətəndaş müraciəti qeydə alınır.

2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub

Sizin Reklam Yeriniz