Əlaqə Arxiv
news Image
2019.06.22
10:44
| A A A
Bu 2 küçənin kəsişməsində nəqliyyatın hərəkətində məhdudiyyətlər yarandı - SƏBƏB? (FOTO)

A.Bakıxanov-Mirəli Qaşqay küçələrinin kəsişməsində nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Trend-ə verdiyi məlumata görə, bu, aparılan təmir işləri ilə əlaqədardır.

Belə ki, A.Bakıxanov küçəsindəki iki zolağda hərəkət müvəqqəti məhdudlaşdırılıb. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, A.Bakıxanov küçəsindən sola Mirəli Qaşqay küçəsinə giriş isə təmir işləri ilə əlaqədar olaraq məhdudlaşdırılıb.

Sizin Reklam Yeriniz