Əlaqə Arxiv
news Image
2019.06.25
16:19
| A A A
Şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır

Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır.

Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, bu istiqamətdə görülən işlərlə əlaqədar 1 avqust 2019-cu il tarixinədək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır.

Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər.

Sizin Reklam Yeriniz