Əlaqə Arxiv
news Image
2019.06.27
21:00
| A A A
Kirayə bağ evi götürmək istəyənlərin DİQQƏTİNƏ! - MÜTLƏQ OXUYUN

Yay mövsümünün başlaması kirayə verilən bağ evlərinə olan tələbatı artırıb.

Xüsusən də, paytaxtdan kənara çıxmaq imkanı olmayan şəxslər istirahət etmək üçün bağ evlərinə üstünlük verirlər. Görəsən, tələbatın artması qiymətlərə necə təsir edir?

Movqe.az bildirir ki, əmlak eksperti Ramil Osmanlı Redaktor.az-a açıqlamasında bildirib ki, hazırda kirayə verilən bağ evlərində minimal məbləğ 1000 manatdan başlayır:

"Ötən ilin müvafiq dövrü ilə müqayisədə hazırda qiymətlər aşağıdır. Lakin kirayə verilən bağ evlərinə tələbatın olduqca yüksək olması müşahidə olunur. Bu tələbat qiymətlərin bahalaşmasına təsirsiz ötüşmür. Kirayə verilən ucuz bağ evləri üzrə qiymət artımı təxmini 3 dəfə çoxdur. Mövsümlə əlaqədar bahalı əmlaklarda isə qiymət artımı təxmini 2 dəfə müşahidə olunur. Bazarda orta dəyəri 1500-2000 manat civarında olan bağ evlərinə tələbat daha çoxdur. Mart-aprel aylarında 500 manata təklif olunan bağ evinin qiyməti hazırda 1000 manat və daha yuxarıdır. İnzibati ərazilərə yaxın olan bağ evlərinə tələbatda artım müşahidə olunur. Mərdəkan, Şüvəlan, Bilgəh, Novxanı və digər ərazilərdə yerləşən bağ evlərinə olan tələbatın yüksək olması, bu ərazilərdə qiymətlərin də baha olmasına təsir edir".

R.Osmanlı vurğulayıb ki, bu qiymət artımı müvəqqəti xarakterlidir:

"Hazırkı tələbat qısamüddətlidir. Avqust ayının ortalarından etibarən qiymətlər stabilləşəcək. Hətta qiymətlərin ucuzlaşacağı gözlənilir".

Sizin Reklam Yeriniz