Əlaqə Arxiv
news Image
2019.07.01
15:15
| A A A
Rusiyadan qanunsuz yolla gətirilən 10 min ədəd siqaret aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Movqe.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin sol arxa təkərinin üstündəki hissədən 10 000 ədəd "HEETS turquoise label" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz