Əlaqə Arxiv
news Image
2019.07.05
12:39
| A A A
İranda qum qasırğası 119 nəfəri xəstəxanalıq edib

Ötən 2 gün ərzində İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində qum qasırğası nəticəsində 119 nəfər xəstəxana və müalicə mərkəzlərinə müraciət edib.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.

Ə.Şəhnəvazinin sözlərinə görə, onlardan 22 nəfəri xəstəxanada yatırılıb.

Son günlər İranda qum qasırğasının sürəti saatda 119 kilometrə çatıb.

Qeyd edək ki, İranın Sistan və Bəluçestan vilayətinin şimal hissəsində 5 rayon yerləşir. Bu bölgədə qum qasırğasının əsas səbəbi Hamun gölünün qurumasıdır.

Sizin Reklam Yeriniz