Əlaqə Arxiv
news Image
2019.07.07
15:20
| A A A
Hərbi hissədə bədbəxt hadisə nəticəsində həlak olan hərbçi dəfn edilib

Hərbi hissədə bədbəxt hadisə nəticəsində həlak olan hərbçi, 1990-cı il təvəllüdlü gizir Ağalarov Amiddin Şahmalı oğlu Qusarda dəfn edilib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, gizir Ağalarov Amiddin Şahmalı oğlu doğulduğu Piral kəndində Müdafiə Nazirliyinin nümayəndələri, mərhumun xidmət yoldaşları, Qusar Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, rayonun idarə, müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə dəfn edilib.

Qeyd edək ki, A.Ağalarov ailəli idi, 3 azyaşlı uşağı var. O, 9 ildir ki, orduda xidmət edirdi.

Allah rəhmət eləsin!

Sizin Reklam Yeriniz